Əfsanəvi mafiya lideri küçədə öldürüldü - FOTOLAR

Əfsanəvi mafiya lideri küçədə öldürüldü - FOTOLAR
14:08 23 May 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyada 2014-cü ildə barəsində ömürlük həbs qərarı verilən və beynəlxalq axtarışda olan tanınmış mafiya lideri Giuseppe Dainottinin küçədə meyiti tapılıb.

Publika.az “ANSA” agentliyinə istinadən xəbər verir ki, 67 yaşlı mafiya liderinin Palermo şəhərində küçənin ortasında 2 nəfər naməlum şəxs tərəfindən öldürüldüyü deyilir.

Şahidlərin sözlərinə görə, Giuseppe Dainotti motosikletdə olan 2 nəfər naməlum silahlı tərəfindən başından vurulub. Nəticədə Giuseppe Dainotti hadisə yerində keçinib.

İlkin ehtimala görə, Giuseppe Dainotti Siciliya mafiyasının bəzi üzvləri tərəfindən öldürülüb.

Xatırladaq ki, Giuseppe Dainotti ötən əsrin 90-cı illərində Siciliyanın tanınmış mafiya lideri olmuş əfsanəvi Cosa Nostranın narkotika ticarətini idarə edib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR