Aİ-nin ali nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda siyasi həllə ehtiyacı var"

Aİ-nin ali nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda siyasi həllə ehtiyacı var"
14:12 23 May 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda beynəlxalq hüquqa uyğun olaraq siyasi həllə ehtiyacı var".
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Brüsseldə Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.
O status-kvonun dayanıqlı olmadığını vurğulayıb.
"Aİ ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini tam dəstəkləməkdə davam edir" - F.Mogerini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ai-nin-ali-numayendesi-dagliq-qarabag-munaqisesinin-qisa-zamanda-siyasi-helle-ehtiyaci-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR