"Disney"in sabiq baş katibi ingilis klubu alır

"Disney"in sabiq baş katibi ingilis klubu alır
14:12 23 May 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

"The Walt Disney Company"nin sabiq baş katibi Maykl Aysner İngiltərənin "Portsmouth" klubuna sahib çıxmaq istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 75 yaşlı amerikalı klub səhmlərinin 48.5%-ni almağa hazırlaşır. Bunun üçün onun şirkəti "Tornante Investment Group" 5.57 milyon funt ödəyəcək. Aysner komandaya əlavə 10 milyon funt də investisiya yatıracaq. "Portsmouth"un ev oyunlarını keçirdiyi "Fratton Park"ın rekonstruksiyasına ən azı 5 milyon funt ayrılacaq. 2015-ci ildə "Forbes" Aysnerin sərvətini 1 milyard dollar həcmində qiymətləndirmişdi.

Qeyd edək ki, bu klub son dəfə 2003-2010-cu illərdə Premyer Liqada çıxış edib. 2010-cu ildə rəsmən müflis olduğunu elan edən "Portsmouth" 2013-cü ilin aprelində klubun azarkeşləri tərəfindən təşkil olunan "Portsmouth Supporters Trust"ın tabeliyinə keçmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR