Hacı Nuran: "Şəklimi görəndən sonra reanimasiyaya düşüb"

Hacı Nuran: "Şəklimi görəndən sonra reanimasiyaya düşüb"
14:17 23 May 2017
120 Şou
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Hacı Nuran xəstəliyinin yaranma səbəbləri haqda danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "10-dan sonra" verilişinin qonağı olan aparıcı güclü stressdən sonra səhhətinin pozulduğunu bildirib: 

"Bilmirəm, verilişlərdən oldu, ya valideynlərim dünyasını dəyişəndən sonra... Çox böyük stress keçirdim. Atamdan sorna anam rəhmətə getdi. Anamda da xərçəng xəstəliyi var idi. Sonra mən xəstələndim, mənə də xərçəng diaqnozu qoyulmuşdu. Təcili müalicəmə başladım. Bakıda müalicəmi edirdim. İnsanlardan bir az çəkinirdim. Deyirdim, saçım töküləcək. Almaniyanın Düsserdolf şəhərində müalicəmi davam etdirdim. Bir müddət həkimlər "biz heç nə edə bilmərik" dedilər. Daha sonra Bakıya qayıtdım, yenə müalicələr aldım. Hələlik istirahət edirəm, yayda yenidən müalicəyə başlayacağam. 

Bir- iki saytda xəbər verilmişdi ki, Hacı Nuran rəhmətə getdi. Dedim sağam, elə şeylər yazmayın. Dedilər şəkil göndər, mən də əsəbi idim, pis şəklimi göndərdim. Hətta bir xanım yazmışdı ki, anası mənim şəklimi görəndən sonra qorxudan reanimasiyaya düşüb. Şükür, dualar sayəsində indi yaxşıyam". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/547513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR