Prezident: “İslam Həmrəyliyi Oyunlarındakı qələbənin çox möhkəm təməli var”

Prezident: “İslam Həmrəyliyi Oyunlarındakı qələbənin çox möhkəm təməli var”
14:22 23 May 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ “Bu, böyük tarixi qələbədir. Bu qələbənin çox möhkəm təməli var. Nailiyyətlərimiz Azərbaycan dövlətinin inkişaf etdiyini göstərir”.
“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
“Biz idmançılarımızla fəxr edirik” - deyən dövlət başçısı qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları bir daha Azərbaycanda aparılan düşünülmüş siyasətin, o cümlədən idman sahəsindəki siyasətin bəhrə verdiyini nümayiş etdirib.
Bu gün ölkədə idmanın ictimai-siyasi proseslərdə xüsusi yer tutduğunu, idmançılara xüsusi münasibətin olduğunu, hər bir vətənpərvər vətəndaşın idmançılarımızın uğurları ilə fəxr etdiyini, qürur hissi keçirdiyini vurğulayan dövlət başçısı Oyunların keçirildiyi 10 gün ərzində Azərbaycan cəmiyyətinin bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdiyini söyləyib.
Prezident diqqətə çatıdırb ki, IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qələbələri yaxın gələcəkdə uşaqların idman bölmələrinə gəlişini daha da sürətləndirəcək: "Bu da nəticə etibarı ilə Azərbaycan gəncliyinin, xalqının sağlamlığına xidmət edir.
"İdman sağlam həyat tərzidir" deyən dövlət başçısı bildirib ki, biz ölkəmizdə sağlam həyat tərzinin üstünlük təşkil etməsini istəyirik. Bu Oyunların keçirilməsinin ölkəmiz üçün tarixi hadisə olduğunu, bütün qurumların yaxşı işlədiyini, bir ailə, bir komanda kimi bir amala xidmət etdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, uğurlarımızın təməlində ölkəmizdə bütün idman qurumlarının sıx əlaqədə işləməsi faktoru dayanır.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/prezident-i-slam-hemreyliyi-oyunlarindaki-qelebenin-cox-mohkem-temeli-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR