Bərdədə avtomobil evakuatrdan aşıb

Bərdədə avtomobil evakuatrdan aşıb
14:27 23 May 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 23 may. REPORT.AZ/ Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Bakı küçəsi ərazisində qeydə alınıb. 
Belə ki, rayon sakinləri Rəhim Cabbar oğlu Məcidovun idarə etdiyi "VAZ-21015" və Hümbət Mikayıl oğlu Vəliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Hadisə yerinə Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları gəlib. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib və yararsız hala düşən avtomobillər evakuaaiya edilib. Cərimə meydançasına aparılan zaman "VAZ-2106" markalı avtomobil evakuatrdan aşıb. Hadisə evakuatrın sürücüsünün təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-avtomobil-evakuatrdan-asib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR