"Terrorçunun şəxsiyyəti məlum oldu" - Tereza Mey

"Terrorçunun şəxsiyyəti məlum oldu" - Tereza Mey
14:27 23 May 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərənin Mançester şəhərində ABŞ-lı müğənni Ariana Qrandenin konsert verdiyi "Mançester Arena"da partlayış törədənin kimliyi məlum olub.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın baş naziri Tereza Mey yerli mətbuata etdiyi açıqlamada məlumat verib. Xanım nazir ingilis polisinin teraktı törədənin şəxsiyyətini müəyyən etdiyini söyləyib. Xanım nazir qanlı olayda başqa terrorçuların iştirakının olub-olmadığını araşdırdığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, ötən gecə 22 nəfərin həyatını itirdiyi, 59 insanın yaralandığı terroru İŞİD öz üzərinə götürüb.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR