Prezident: "Azərbaycan müsəlman aləmini qərb aləmi ilə birləşdirdi"

Prezident: "Azərbaycan müsəlman aləmini qərb aləmi ilə birləşdirdi"
14:39 23 May 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

 

“IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizin gücünü göstərir”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İslamiadanın qalibləri və onların məşqçiləri ilə keçirilən görüşdə deyib.

 

O bildirib ki, oyunların keçirilməsi ilə bağlı artıq Azərbaycan standartları tətbiq olunub. İ. Əliyevin sözlərinə görə, bu gün Azərbaycan inkişaf edən müasir mütərəqqi güclü dövlət kimi tanınır və idmançıların uğurları bunu bir daha təsdiq edir.

 

“Oyunların əsas məqsədlərindən biri dostluğun, əməkdaşlığın gücləndirilməsi idi. Biz də buna nail olduq” deyən Azərbaycan prezidenti ölkəmizin müsəlman aləmini qərb aləmi ilə birləşdirdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, müstəqilliyimiz ən böyük sərvətimizdir və IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyimiz qələbə müstəqilliyimiz möhkəmləndirilməsinə verilən növbəti töhfə və hədiyyədir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR