Tramp İsraildə yəhudi kimi dua etdi - FOTO

Tramp İsraildə yəhudi kimi dua etdi - FOTO
14:42 23 May 2017
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp İsraildə rəsmi səfərdədir.

Milli.Az ABC-yə istinadən bildirir ki, D.Tramp xanımı Melanya Tramp ilə birlikdə Təl-Əvivdəki Ben-Qurion hava limanında İsrailin baş naziri Binyamin Netanyahu və xanımı Sara tərəfindən qarşılanıb.

Onlar rəsmi danışıqlardan sonra Qüdsə yollanıblar.

Donald Tramp xanımı Melaniya, habelə qızı İvanka və kürəkənir Cared Kuşnerlə birlikdə Süleyman Peyğəmbər Məbədinin Qərb Divarı qarşısında dua ediblər.

Bu zaman Donald Trampın başında yəhudilərin ənənəvi baş geyimi olan "kipa" vardı.

D.Tramp sabah İsraili tərk edəcək. O, İtaliya, Belçika və Vatikanda da səfərdə olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/547407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR