Ekspert: "Azərbaycan yeni zirvədə olduğunu göstərdi"

Ekspert: "Azərbaycan yeni zirvədə olduğunu göstərdi"
14:47 23 May 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla təşkil edərək yenidən öz yüksək səviyyəsini nümayiş etdirib.

Milli.Az xəbər verir ki, bunu Trend-ə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan uğurlu xarici siyasət həyata keçirərək bütün müsəlman ölkələrini bu Oyunlara dəvət edib:

"Dünyada İslam ölkələri arasındakı münaqişələrə, İslam dünyasının çətin vəziyyətdə olmasına baxmayaraq, Bakıdakı IV İslam Həmrəyliyi Oyunları uğurla keçirildi".

O qeyd edib ki, bu, Azərbaycanın ilk belə uğuru deyil:

"İslam dünyasında birinci teatr, Şərqdə ilk universitet, eləcə də ilk demokratik dövlət Azərbaycanda yaradılıb. Bakıdakı IV İslam Həmrəyliyi Oyunları Azərbaycan gənclərini bu cür vacib tədbir ətrafında birləşdirdi. IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycana, həmçinin iqtisadi səmərə gətirdi. Azərbaycana minlərlə turist və xarici nümayəndə gəlib. Bu, ölkə rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR