Britaniyanın baş naziri: “Cinayətkarın kimliyi məlumdur”

Britaniyanın baş naziri: “Cinayətkarın kimliyi məlumdur”
14:47 23 May 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ “Polis və təhlükəsizlik xidməti tərəfindən cinayətkarın kimliyinin müəyyən edildiyi ehtimal olunur”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Britaniyanın baş naziri Tereza Mey Mançesterdə törədilən terror aktı ilə bağlı bildirib.
O, araşdırma getdiyindən cinayətkarın adını açıqlamayıb, ancaq terror təhlükəsinin səviyyəsinin artmayacağını da vurğulayıb.
Baş nazir terrorun törədildiyi Mançester şəhərinə gedib və hökumətin fövqəladə komitəsinin daha bir iclasını keçirib.
Bu arada Mançesterdə bir ticarət mərkəzində insanlar terror təhlükəsi ilə bağlı təxliyə edilib. 
Qeyd edək ki, Mançesterdə amerikalı müğənni Ariana Qrandenin konsertində törədilən terror aksiyası nəticəsində 22 nəfər ölüb, 59 tamaşaçı yaralanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/britaniyanin-bas-naziri-cinayetkarin-kimliyi-melumdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR