OPEC-in Vyana sammitindən minimal nəticə gözlənilir

OPEC-in Vyana sammitindən minimal nəticə gözlənilir
15:12 23 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ Qlobal neft hasilatının azaldılması anlaşmasının 9 ay müddətinə uzadılması təklifi ilə hasilatçı ölkələrin hamısı razı deyil. Tam razılaşma yalnız 6 ay müddətinə uzadılma proqramı üzrə mümkündür. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Küveytin neft naziri Assam əl-Mazruk çıxış edib. 
Nazir bildirib ki, OPEC neft hasilatının azaldılması kvotasının artırılması məsələsini də müzakirə etmir: "Hazırda hasilatı daha çox azaltmağa ehtiyac yoxdur".
"Report"un analitik qrupu bildirir ki, əgər mayın 24-25-də Vyanada keçiriləcək OPEC-in sammitdə anlaşma 6 ay və eyni səviyyədə qalmaq şərtilə qəbul edilərsə neft qiymətləri 50 dollar/barel səviyyəsindən aşağı enə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/opec-in-vyana-sammitinden-minimal-netice-gozlenilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR