İngiltərədə daha bir partlayış - EYNİ ŞƏHƏRDƏ

İngiltərədə daha bir partlayış - EYNİ ŞƏHƏRDƏ
15:14 23 May 2017
35 Digər
Ölkə mətbuatı
A- A+

 

İngiltərənin Mançester şəhərindəki ticarət mərkəzində partlayış səsi eşidilib, insanlar binadan təxliyyə olunub.

 

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzində yerləşən “Arndale” ticarət mərkəzində baş verib. Şahidlər onlarla insanın binadan qaçdığını bildiriblər. “Sky News” telekanalı polisin ticarət mərkəzində 1 nəfəri saxladığı barədə xəbər yayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb, insanları tez bir zamanda ərazini tərk etməyə çağırıblar..

 

Qeyd edək ki, mayın 23-nə keçən gecə "Manchester Arena"da amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən terror aktı nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb. Terrorçu əldəqayırma partlayıcı qurğunu işə salıb və hadisə yerində özü də ölüb. Olaya görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR