Bərdədə avtomobil evakuatordan aşdı - FOTO

Bərdədə avtomobil evakuatordan aşdı - FOTO
15:32 23 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Bakı küçəsi ərazisində qeydə alınıb. 
Belə ki, rayon sakinləri Rəhim Cabbar oğlu Məcidovun idarə etdiyi "VAZ-21015" və Hümbət Mikayıl oğlu Vəliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə yerinə Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları gəlib. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib və yararsız hala düşən avtomobillər evakuasiya edilib. Cərimə meydançasına aparılan zaman "VAZ-2106" markalı avtomobil evakuatordan aşıb. Hadisə evakuatorun sürücüsünün təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR