Mançesterdə terror aktında şübhəli bilinən 23 yaşlı gənc saxlanılıb

Mançesterdə terror aktında şübhəli bilinən 23 yaşlı gənc saxlanılıb
15:32 23 May 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ “Mançester stadionunda törədilən terror aktında iştirakda şübhəli bilinən 23 yaşlı kişini saxlamışıq”.
“Report” xəbər verir ki, bunu Mançesterin Şəhər Polis İdarəsi “Twitter” səhifəsində yazıb.  
Xatırladaq ki, bir müddət əvvəl "Manchester Evening News" terror aktı ilə əlaqədar bir neçə şübhəlinin  saxlanıldığı barədə məlumat yaysa da, sonradan informasiya rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. 
Qeyd edək ki, Mançesterdə amerikalı müğənni Ariana Qrandenin konsertində törədilən terror aksiyası nəticəsində 22 nəfər ölüb, 59 tamaşaçı yaralanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mancesterde-terror-aktinda-subheli-bilinen-23-yasli-genc-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR