Böyük Britaniyanın Azərbaycandakı səfirliyində terror aktı ilə əlaqədar dövlət bayrağı endirilib

Böyük Britaniyanın Azərbaycandakı səfirliyində terror aktı ilə əlaqədar dövlət bayrağı endirilib
15:32 23 May 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ Mançesterdə stadionda törədilən terror hücumu ilə əlaqədar Böyük Britaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
Bu barədə "Report"a səfirliyin mətbuat xidmətindən məlumat verilib.
Diplomatik missiyadan bildiblər ki, terror aktı nəticəsində dünyasını dəyişənlərin xatirəsini yad etmək üçün səfirlikdə mayın 24 və 25-də, saat 10:00-12:00 və 14:00-16:00 arasında başsağlığı kitabı açılacaq.
Qeyd edək ki, mayın 22-də "Mançester arena"da keçirilən konsert zamanı partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər həlak olub, təqribən 60 nəfər yaralanıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar başsağlığı verib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/boyuk-britaniyanin-azerbaycandaki-sefirliyinde-terror-akti-ile-elaqedar-dovlet-bayragi-endirilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR