Mançester terrorçusu - 23 yaşlı şəxs saxlanıldı

Mançester terrorçusu - 23 yaşlı şəxs saxlanıldı
15:32 23 May 2017
25 Dünya
Ölkə mətbuatı
A- A+

Mançesterdə stadionda terror aktını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Mançester Qraflığının polisindən verilən məlumatda qeyd olunub.

Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən 23 yaşlı şəxs aparılan reyd nəticəsində saxlanılıb.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox adam xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR