Məktəbi bitirə bilməyən 256 nəfər bu dəfə bacardı

Məktəbi bitirə bilməyən 256 nəfər bu dəfə bacardı
15:49 23 May 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.

 

BŞTİ-dən Lent.az-a verilən məlumata görə, əvvəlki illərdə tam orta təhsilini başa vura bilməyən şəxslər üçün 11-13 may tarixlərində təşkil edilən eksternat imtahanında 374 nəfəri Azərbaycan, 38 nəfəri rus bölməsi olmaqla, 412 nəfər iştirak edib. Onlardan 256 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

 

Eksternat imtahanlarından uğur qazanan şəxslərin attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir.

Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin  saytına (www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275239

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR