Böyük Britaniyanın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Böyük Britaniyanın Bakıdakı səfirliyində matəm kitabı açılacaq
15:50 23 May 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Anaxanım Hidayətova - Trend:

Mançester şəhərində baş vermiş terror aktı ilə əlaqədar olaraq Böyük Britaniyanın Bakıdakı səfirliyində matəm kitabı açılacaq.

Trend-in məlumatına görə, mərasim 23-24 may tarixlərində saat 10:00-12:00, eləcə də 14:00-16:00 arasında baş tutacaq.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox adam xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2758205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR