Mançesterdə baş vermiş terror aktına dünya ulduzlarının reaksiyası

Mançesterdə baş vermiş terror aktına dünya ulduzlarının reaksiyası
16:08 23 May 2017
93 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi dünən İngiltərənin Mançester şəhərində "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariane Qrandenin konsertində iki partlayış baş verib. Partlayış nəticəsində 19 nəfər həlak olub, 50-yə yaxın insan isə yaralanıb.

Publika.az xəbər verir ki, artistin özünə zərər dəyməyib, amma şokda olan müğənni darmadağın olduğunu etiraf edib. Partlayışdan sonra konsertdə Ariane qastrol səfərlərini ləğv edib.

Baş vermiş terror hadisəsi ilə bağlı olaraq tanınmış şəxsiyyətlər, dünya ulduzları sosial şəbəkədə ölənlərin ailələrinə baş sağlığı verib.

Vladimir Putin:

"Bu həyasız, qeyri-insani cinayəti qətiyyətlə pisləyirik. Ümid edirik ki, onun sifarişçiləri layiqli cəzadan qaça bilməyəcəklər".

Donald Tramp:

"Terrorçular və ekstremistlər cəmiyyətdən həmişəlik xaric edilməlidir, bu ideologiya aradan qaldırılmalı, həyat isə qorunmalıdır".

Viktoriya Bekhem:

"Bütün dualarım dünən axşam Mançesterdə baş vermiş dəhşətli hadisədə zərər çəkənlər üçündür”.

Devid Bekhem:

"Mançester xəbərləri ürək parçalayır. Bir insan və ata kimi bütün baş verənlər məni həqiqətən kədərləndirir. Faciədə xəsarət alan hər kəs üçün dərin təəssüf hissi keçirirəm".

Mayli Sayrus:

"Rəfiqəm Аriane Qranddanı indi qucaqlamaq istərdim. Səni sevirəm. Heyif ki, sən bu faciəli hadisənin bir hissəsinə çevrildin! Bu dəhşətli hücumda xəsarət alan hər kəsə başsağlığımı bildirirəm. Heç bir müharibə və günahsız qurbanlar olmasın".

Demi Lovata:

"Mançestr üçün dua edirəm”.

Teylor Svift:

"Bu gün bütün fikirlərim, dualarım və göz yaşlarım Mançesterdə faciəsi üçündür... Mən sizə öz məhəbbətimi göndərirəm".

Castin Timberleyk:

"Mançesterdə vəfat edənlərin yaxınlarına başsağlığı verirəm, xəsarət alanlara şəfalar diləyirəm. Biz daha yaxşı olmalıyıq. Biz bir-birimizi sevməliyik".

Cennifer Lopes:

“Fikirlərim, dualarım və bütün ürəyim indi Mançesterlədir..."

Con Lecend:

"Bu dəhşətli hücum zamanı xəsarət alan hər kəsə, o cümlədən Böyük Britaniyaya və Ariane Qranddaya öz sevgilərimi göndərirəm".

Yeva Lonqoriya:

"Mənim dualarım dünən gcə baş vermiş hadisənin ağrılarını müalicə etmək üçün kifayət etməsə də, yenə də dua edəcəyəm. Və ümid edirəm ki, bu rəhmsiz zorakılıqlar başa çatacaq".

Selena Qomes, Keti Perri, Kristina Aqilera, Selin Dion və bir çox başqa ulduzlar da ölənlərin ailələrinə başsağlığı verib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/199878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR