Azad Rəhimov: "İslamiada "Rio-2016"dan da yüksək səviyyədə keçirildi"

Azad Rəhimov: "İslamiada "Rio-2016"dan da yüksək səviyyədə keçirildi"
16:27 23 May 2017
35 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ "IV İslam Oyunları Bakıda bəlkə də 2016-cı il Rio-de-Janero Oyunlarından daha yüksək səviyyədə keçirilib". "Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilmiş İslamiadanın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O, "Bakı 2017"nin təşkilatçılığından razılıq ifadə edib. Komandaların Atletlər Kəndindən razı qaldıqlarını bildirən nazir bəzi yığmaların oranı mayın 25-də tərk edəcəklərini diqqətə çatdırıb. A.Rəhimovun sözlərinə görə, açılış mərasimində tamaşaçıların stadiona çatdırıması zamanı nəqliyyatda problem olubsa, bağlanışda belə problem olmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/azad-rehimov-i-slamiada-rio-2016-dan-da-yuksek-seviyyede-kecirildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR