Uşaqlara niyə süd verməliyik?

Təbii süd inanılmaz kalsium qaynağıdır.

Metbuat.az xəbər verir ki, sümüyün inkişafı üçün mütləq süd içmək lazımdır. Süd tərkibindəki proteinlər sayəsində beyin və bədən toxumalarını inkişaf etdirir. Kalsiumla zəngin olduğu üçün ürək-damar sağlamlığı və təzyiqlə bağlı riskləri azaldır. Xüsusilə, bronxit xəstələri süd içərək ondan xilas ola bilər.

Hər gün süd içən uşaqlar və gənclər, südü az içənlərə nisbətən daha hündür və uzun boylu olur. Bu səbəbdən hərtərəfli inkişaf üçün uşaqlara lazımi miqdarda süd verilməlidir. Nizamlı olaraq gündə ən azı bir stəkan süd içmək lazımdır. Çünki süd böyümə və inkişafı təmin edir. Dişləri qoruyur və çürüklərin qarşısını alır. Əzələlərin güclənməsini təmin edir. Sümükləri möhkəmləndirir. İnfeksiyalara qarşı qoruyur.

Süd məhsulları uşaqlarda mücərrəd düşüncə, problem həll etmə, yaddaş, diqqət, konsentrasiya kimi zehni qabiliyyətlərin inkişafı baxımından da vacibdir.
Süd içən uşaqların içməyən uşaqlarla müqayisədə südün müvəffəqiyyətli olmağa kömək etdiyi müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR