Cinayətkar dəstə üzvü olan Türkiyə millisinin futbolçusu azadlığa buraxıldı - FOTO

Cinayətkar dəstə üzvü olan Türkiyə millisinin futbolçusu azadlığa buraxıldı - FOTO
17:27 23 May 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gecə İstanbulda Türkiyəyə qeyri-qanuni yollarla lüks avtomobil gətirən və sənədləri saxtalaşdıran cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib.

Əməliyyat zamanı saxlanılan 46 şəxs arasında "Fənəbağça" və Türkiyə millisinin futbolçusu Ozan Tufanın da olduğu barədə məlumat vermişdik. 

Təcridxanada gecələyən ulduz futbolçu həbsdə çox qalmayıb. Türkiyənin ən istedadlı gənc futbolçularından hesab edilən Ozan Tufan sərbəst buraxılıb.

Bu da futbolçunun təcridxanadan azadlığına yenidən qovuşduğu anın fotoları:

Qeyd edək ki, təhlükəsizlik xidmətinin açıqlamasına görə, cinayətkar dəstənin üzvlərinin sayı hələlik 101 nəfər göstərilir.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR