Azərbaycan 2028-ci il üçün Olimpiya Oyunlarına namizəd olur

Azərbaycan 2028-ci il üçün Olimpiya Oyunlarına namizəd olur
17:28 23 May 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

“Bakı şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini verməyib. Amma 2028-ci il üçün Olimpiya Oyunlarına 2020-ci ildən sonra sifariş verilə bilər. Təbii ki, bu, Milli Olimpiya Komitəsi prezidentinin qərarından asılıdır”.

Publika.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarının yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinin bəzi tələblərini yerinə yetirməlidir:

“Məsələn, su idman növləri üzrə yarışlara baxmaq üçün 6 min oturacaq var. Amma tələbə əsasən 18 min tamaşaçı yerləşdirilməlidir. Bu, ağır tələblərdir. Yəqin ki, gələcəkdə şərtlər güzəştli olacaq. Olimpiya Komitəsi tələbləri yumşaldarsa, bu məsələyə qayıdarıq”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə bildirib ki, ola bilsin ki, gələcəkdə Türkiyə və Azərbaycan olimpiadaya birgə ev sahibliyi etsin.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/199894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR