Xalq artisti yubileyinə görə 36 kilo arıqladı - YENİ GÖRÜNTÜSÜ

Xalq artisti yubileyinə görə 36 kilo arıqladı - YENİ GÖRÜNTÜSÜ
17:29 23 May 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

 

Xalq artistləri Fidan və Xuraman Qasımovalar yaradıcılıq gecəsinə hazırlaşırlar.

 

APA TV-nin məlumatına görə, iyunun 17-də SSRİ xalq artisti Fidan Qasımovanın 70 yaşı tamam olacaq. Bu münasibətlə Müslüm Maqomayev adına Azərbaycan  Dövlət Filarmoniyasında Qasımova bacıları dinləyicilər qarşısında çıxış edəcək: “Qonaqlarımız da olacaq. Demək olmaz ki, kim gələcək. Çünki hələ tezdir. Amma söz veriblər ki, gələcəklər. Çünki bu bizim 40 illik yubileyimizdir”.

 

Konsertdə yeni əsərlər də ifa olunacaq. Bununla yanaşı, gecədə xalq artistlərinin 40 illik yaradıcılıq  fəaliyyətinə həsr olunmuş film də nümayiş olunacaq.
 

Fidan Qasımovanın xarici görkəmində etdiyi dəyişiklik isə aşkardır. Aylar öncə mədəkiçiltmə əməliyyatı etdirib, 36 kiloqram arıqlayan sənətkar bildirib ki, doğum gününə qədər bir qədər də dəyişmək istəyir: “Ümumiyyətlə, dəyişmək istədim. Xasiyyətim dəyişməyib. Eyni Fidan xanımam. İstəyirdim biraz kilomu azaldım və azaltdım”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275252

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR