Azərbaycan və Türkiyə Olimpiya Oyunlarını birlikdə keçirə bilər

Azərbaycan və Türkiyə Olimpiya Oyunlarını birlikdə keçirə bilər
18:17 23 May 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini verməyib. Amma 2028-ci il üçün verilə bilər. Təbii ki, bu, Milli Olimpiya Komitəsi prezidentinin qərarından asılıdır". Fanat.Ax xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib. 


Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə deyib ki, bundan sonra bir olimpiadanı bir neçə ölkə keçirəcək: "Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən, daha Olimpiya Oyunlarını bir yox, bir neçə şəhər keçirəcək. Ola bilsin ki, gələcəkdə Türkiyə və Azərbaycan olimpiadaya birgə ev sahibliyi etsin. Bəzi növlərə biz, bəzilərinə isə Türkiyə ev sahibliyi edə bilər".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-v-turkiy-olimpiya-oyunlarn-birlikd-kecir-bilr-t58290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR