Parisin mərkəzində baltalı HÜCUM - 5 MİLYON APARDILAR

Parisin mərkəzində baltalı HÜCUM  - 5 MİLYON APARDILAR
18:52 23 May 2017
30 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisin mərkəzində balta və tapança ilə silahlanmış 3 naməlum şəxs zərgərlik mağazasına hücum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, soyğunçular müştərilərin də olduğu mağazaya daxil olaraq vitrinləri sındırıb, orada olan zərgərlik məmulatlarını soyublar.

Polisin mağaza rəhbərliyinə istinadən verdiyi məlumata görə, mağazadan 5 milyon avro dəyərində zərgərlik məmulatları oğurlanıb.

Hazırda həmin şəxslərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR