Məşhur aktyor dünyasını dəyişdi

Ceyms Bond rolunun ifaçısı kimi tanınan Rocer Mur 89 yaşında dünyasını dəyişib.

Metbuat.az bildirir ki, bu barədə aktyorun ailəsi "Tvitter"də məlumat yayıb. Rocer Mur xərçənglə mübarizədən məğlub ayrılıb.

İsveçrədə vəfat edən məşhur aktyorun dəfn mərasimi Monakoda keçiriləcək.

Qeyd edək ki, Rocer Mur Ceyms Bond filminin 7 seriyasına çəkilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR