ABŞ-ın strateji neft ehtiyatlarını satması planı OPEC-in işini çətinləşdirəcək

ABŞ-ın strateji neft ehtiyatlarını satması planı OPEC-in işini çətinləşdirəcək
19:42 23 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ Mayın 24-25-də Vyanada neft hasilatının azaldılması ilə bağlı anlaşmanın uzadılması ərəfəsində ABŞ Prezidenti Donald Trampın ölkənin strateji neft ehtiyatlarının yarısının satılması barədə təklifi OPEC-in işini çətinləşdirəcək.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, dünən, mayın 22-də ABŞ administrasiyası tərəfindən yayımlanan büdcə planında ABŞ-ın 2018-ci ilin oktyabr ayından etibarən strateji neft ehtiyatlarının yarısını sataraq 16,5 mlrd. dollar gəlir əldə etməyi düşündüyü bildirilib.
Qeyd edək ki, ABŞ 688 mln. barel həcmlə ən böyük neft ehtiyatlarına malik olan ölkədir. Qarşıdakı 10 il ərzində bu qədər neftin satışa çıxarılması isə neft bazarına gündəlik 95 min barel əlavə neftin çıxması deməkdir.
Müstəqil neft analitiki və eksperti Anas Alhacının sözlərinə görə, ABŞ-ın qərarı OPEC-in neft bazarını sabitləşdirmək cəhdlərini çətinləşdirəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-in-strateji-neft-ehtiyatlarini-satmasi-plani-opec-in-isini-cetinlesdirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR