İslamiadanın açılış və bağlanış mərasimində 3 mindən çox könüllünün xidmətindən istifadə olunub

İslamiadanın açılış və bağlanış mərasimində 3 mindən çox könüllünün xidmətindən istifadə olunub
19:52 23 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ "Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına 8000-dən çox könüllü cəlb olunub. Oyunların açılış və bağlanış mərasimində isə 3077 könüllünün xidmətindən istifadə olunub". 
"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov mətbuat konfransında deyib. 
O bildirib ki, tələbə könüllülər indiyədək ölkəmizdə keçirilən irimiqyaslı idman tədbirlərində yaxından iştirak ediblər: "Belə ki, Bakıda keçirilmiş I Avropa Oyunlarında 15 min, “Formula-1” Avropa Qran-prisinin təşkilinə 42 ali təhsil müəssisəsi və 28 kolleci təmsil edən 3500-dən artıq tələbə-könüllü cəlb olunub".
Nazir müavini əlavə edib ki, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirməsi olan 18 nəfər idmançı 8 idman növü üzrə milli yığma komandaların tərkibində “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edib. Onlardan 6 nəfəri bu oyunların mükafatçısı olub, 4 qızıl, 4 bürünc olmaqla, ümumilikdə 8 medal qazanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/i-slamiadanin-acilis-ve-baglanis-merasiminde-uc-minden-cox-konullunun-xidmetinden-istifade-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR