Azərbaycanda əməkdar artistin başını yarıblar? - AÇIQLAMA

Azərbaycanda əməkdar artistin başını yarıblar? - AÇIQLAMA
19:57 23 May 2017
Ölkə mətbuatı
A- A+

Mingəçevir Dövlət Dram Teatrında aktyorlar arasında dava düşməsi barədə məlumatlar yayılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, həmin məlumatlarda teatrın aktyorları Asim Məmmədov və İlqar Rəhimovun dalaşması, dava zamanı atılan külqabının əməkdar artist Ella Yaqubovanın başına çırpılması və onun ağır vəziyyətdə xəstəxanaya aparılması qeyd edilib.

Mingəçevir Dövlət Dram Teatrının direktor müavini Vüsal Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, bu gün adı qeyd edilən bütün aktyorlar "Lənkəran xanının vəziri" tamaşasının məşqində iştirak edib və hər hansı dava-dalaş baş verməyib. O, əlavə edib ki, Ella Yaqubova da teatrdakı məşqlərdə iştirak edib və başının yarılması barədə deyilənlər həqiqətə uyğun deyil. 

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/547649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR