ABŞ prezidenti: “İran nüvə silahına malik olmayacaq”

ABŞ prezidenti: “İran nüvə silahına malik olmayacaq”
20:12 23 May 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ “İranın nüvə silahına malik olmayacağını indi burada bəyan edirik”.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrailə səfərinin yekunu ilə bağlı Qüdsdə çıxışında bildirib.
“ABŞ İranın nüvə silahlı əldə etməməsi, terrorçuları və silahlılar dəstəkləməyi dayandırması mövqeyinə qəti şəkildə sadiqdir” - o vurğulayıb.
Qeyd edək ki, 2015-c il iyulun 15-də İranın atom-nüvə probleminin tənzimlənməsinə dair “altılıq” (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya və Çin) dövlətləri ilə İran arasında Əhatəli Razılıq sənədi imzlanıb. ABŞ və İsrail prezidentləri bu sənədə qarşı çıxış edir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-prezidenti-i-ran-nuve-silahina-malik-olmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR