Uşaq musiqi məktəbinin konserti olub (FOTO)

Uşaq musiqi məktəbinin konserti olub (FOTO)
20:22 23 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbi 28 May - Respublika gününə həsr olunmuş hesabat konserti təqdim edib.

İdarədən Trend-ə verilən məlumata görə, Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik musiqi məktəbində keçirilən konsertdə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak edib.

Konsert zamanı məktəbin istedadlı şagirdlərinin ifasında Q.Qarayev "Tsarskoselskaya statuya", Q.Qarayev "Yeddi gözəl baletindən Vals", A.Məlikov "İki qəlbin dastanı baletindən Türk qızlarının rəqsi", A.Zeynallı "Rəqs", T.Quliyev "Lirik mahnı", T.Quliyev "Sənə də qalmaz", R.Hacıyev "Bakı haqqında mahnı" və digər bəstəkarların müxtəlif əsərləri səsləndirilib. Konsertdə solo çıxışlarla yanaşı məktəbin violin, nağaraçılar və xalq çalğı alətləri ansamblları, xor kollektivi məharətlə çıxış ediblər .


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2758372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR