Mançester terrorunu törədən şəxsin adı məlum oldu

İngiltərənin Mançester şəhərində baş verən terror aktının kim tərəfindən törədildiyi məlum olub.

Metbuat.az bildirir ki, "CBS News" telekanalı sözügedən şəxsin 23 yaşlı Salman Abedi olduğu barədə məlumat yayıb.

Daha öncə Mançester polisi 23 yaşlı şübhəlinin saxlanıldığını açıqlamışdı.

Qeyd edək ki, ötən gün 21 min nəfərlik tutumu ilə Avropanın ən böyük konsert zalı hesab olunan "Mançester Arena"da amerikalı müğənni Ariana Qrandenin konserti zamanı partlayış törədilmişdi. İnsident nəticəsində 22 nəfər dünyasının dəyişib, 59 nəfər isə yaralıdır. Yaralılardan əksəriyyətinin vəziyyəti ağırdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR