Almaniyada Biznesin İnam İndeksi 28 illik maksimuma çatıb

Almaniyada Biznesin İnam İndeksi 28 illik maksimuma çatıb
20:32 23 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/  Almaniyanın IFO İnstitutunun ölkədə Biznesin İnam İndeksi bu ilin may ayında 114,6-ya yüksələyərək 1991-ci ildən indiyədək qeydə alınan ən yüksək səviyyəyə çatıb.
"Report" xəbər verir ki, bununla yanaşı, Cari Dəyərləndirmə İndeksi 123,2-yə yüksələrək 121,0-lik proqnozu üstələyib. IFO-nun Gözlənti İndeksi isə 106,5 səviyyəsinə yüksələrək 105,4-lük proqnozu geridə qoyub. 
"Bu, Almaniya iqtisadiyyatı üçün çox parlaq tablodur. İnkişaf sağlamdır, çünki istehlak xərcləri və investisiyalar güclüdür. Xarici ticarətin isə inkişafa dəstəyi davam edir", - iqtisadçı Cens Kramer məsələni şərh edərkən bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/almaniyada-biznesin-i-nam-i-ndeksi-28-illik-maksimuma-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR