"Ərim evdə yoxdur, gəl" - Ölümə aparan mesaj - FOTO

"Ərim evdə yoxdur, gəl" - Ölümə aparan mesaj - FOTO
20:37 23 May 2017
147 Dünya
Ölkə mətbuatı
A- A+

Yoldaşına göz qoyduğunu iddia etdiyi adamı həyat yoldaşının mobil telefonu ilə mesaj yazaraq evə çağıran Cengiz U. içəri saldığı Emre B. -ni əvvəlcə yumruqlayıb, sonra da tapançasını çıxardaraq atəş açıb.

Milli.Az Habertürk-ə istinadən xəbər verir ki, hadisə 20 may günü İstanbulun Esenyurt rayonunda baş verib. Tekstil işinə baxan Emre B. (31) Hülya U.-ya (27) bəzi məhsulların parçalarını evdə hazırlamaq üçün verirdi. Hülya U. da sifarişləri tamamladığı zaman Emre B. -ya məhsulları evdən təhvil verirdi. Ötən gecə Cengiz U. yoldaşının mobil telefonuna gələn mesajı görüb. Gələn mesajda tekstilçi yoldaşına sevgi etirafı etdiyini, onunla birlikdə olmaq üçün təzyiq etdiyini görüb. Hülya U. Emre B. -nin bir müddətdir onu narahat etdiyini, ondan uzaq durmağını istədiyini deməyinə baxmayaraq mesaj yazmağa davam etdiyini bildirib.
 
Cengiz U. səhər həyat yoldaşının mobil telefonundan Emre B. -ya mesaj göndərib. Mesajda yoldaşının evdə olmadığını, tək olduğunu, evə gələ biləcəyini yazıb. Cengiz U.-nun həyat yoldaşının adından Emre B.-ya göndərdiyi mesaj öz "faydasını" verib. Günorta saat 11.00 radələrində Emre B. evə gəlib. Cengiz U. içəri çəkdiyi Emre B.-ya əvvəl yumruq atıb, daha sonra da tapançasını çıxardaraq atəş açıb. Emre B. hadisə yerində həyatını itirib. Cengiz U. isə polisə təslim olub. 

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR