Bərdədə avtomobil evakuatordan aşıb - VİDEO

Bərdədə avtomobil evakuatordan aşıb - VİDEO
21:05 23 May 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə iki yol nəqliyyat hadisəsi baş verib. Nəticədə də 2 nəfər xəsarət alıb. Bununla yanaşı, avtomobil cərimə meydançasına aparılarkən maşın evakuatorun üzərindən aşıb.

Avtomobil evakuatorun üstündən aşıb.
Buna səbəb kimi evakuator sürücüsünün təhlükəsizlik qaydalarına əməl etməməsi göstərilir.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Bərdə rayonunda olub.Rayon sakini Rəhim Məcidov idarə etdiyi vaz 2115 markalı avtomobillə Hümbbət Vəliyevin maşını toqquşub. Nəticədə Hümbbət Vəliyev yüngül bədən xəsarətləri alıb.Hadisə yerinə gələn bərdə rayon dövlə yol polisinin əməkdaşları hər iki maşını evakuaturla cərimə məydançasına aparıb. Lakin sonradan avtomobillərdən biri evakuatronun üzərindən yerə düşüb.
Bərdədə eyni küçədə ikinci bir yol nəqliyyat hadisəsi də baş verib.Banklardan birinə məxsus inkassator avtomobili qəza törədib.Mirzalıbəyli kənd sakini 45 yaşlı Ziyyədin Abdullayevin idarə etdiyi "Niva" markalı avtomaşın 61 yaşlı Elmar Əliyevin idarə etdiyi kamaz markalı yük maşının qarşısına çıxaraq qəza törədib..Hadisə zamanı yük maşınının sürücüsü yüngül xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR