Zolağın çəkilişində səhvə yol verilib: Piyadalar əziyyət çəkir - VİDEO

Zolağın çəkilişində səhvə yol verilib: Piyadalar əziyyət çəkir - VİDEO
21:12 23 May 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Piyadalar ya məcbur olub yolun hərəkət hissəsindən, ya da ki otluq olan ərazidən istifadə edirlər. Paytaxtın Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsindəki yolda piyada zolaqları düzgün çəkilməyib. Nəticədə də bu yoldan istifadə edən piyadalar təhlükə ilə üz-üzə qalırlar.

Bu yolda piyada zolağının çəkilişində səhvə yol verilib. Nəticəsindən isə piyadalar əziyyət çəkir.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Paytaxtın Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsindəki yoldan gedir. Bu yolda piyada zolağı qaydalara uyğun çəkilməyib. Yəni, hazırda çəkilən piyada zolaqlarının bir hissəsi səkiyə çıxanda digər hissəsi piyadaları otluq olan əraziyə aparır.
Bu yolda piyada zolağı ilə bağlı olan problem tək bununla yekunlaşmır. Bir neçə metr irəli getdikdə eyni vəziyyət burda da yaşanır. Yenə piyada zolağı düz otluq əraziyə doğru çəkilib.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov "XəzərXəbər"ə bildirdi ki, əraziyə əməkdaşlar tərəfindən baxış keçiriləcək. Əgər yolda piyada zolağı ilə bağlı problem varsa o da aradan qaldırılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR