Tanınmış aktrisa kövrəldi: "Onun faciəsi məni pərişan etdi" - FOTO

Tanınmış aktrisa kövrəldi: "Onun faciəsi məni pərişan etdi" - FOTO
21:17 23 May 2017
Ölkə mətbuatı
A- A+

Tanınmış aktrisa, əməkdar artist Xalidə Quliyeva böyük kino xadimi, xalq artisti Həsən Seyidbəylini xatırlayıb.

O, "Nəsimi" filminə dəvət olunmasının maraqlı tarixçəsini də Milli.Az oxucuları ilə bölüşüb:

"Həsən Seyidbəyli "Nəsimi" filminin ssenarisini mənə verib dedi ki, oxu və sabah mənə oynaya biləcəyin qadın rolunu de. Ssenarini oxudum, mənə çox təsir etdi. Nəsiminin həyatının faciəvi sonluğu məni pərişan etdi (kövrəlir). Səhər gəlib Həsən müəllimə Fatimə rolunu oynamaq istədiyimi bildirdim. O, onsuz da mənim üçün Fatimə rolunu nəzərində tutmuşdu. Mən kino sənətinə çəkiliş meydançasında yiyələndim. Aktyor üçün bu çox vacibdir. Həsən müəllim kino sənətinə ilk dəfə olaraq həyata bənzər kino estetikası gətirmişdi. O, aktyora sərbəstlik verməyi bacarırdı. Qalan iş aktyorun üzərinə düşürdü, sən özünü necə rahat hiss edirsənsə, elə də oynamalı idin. Həsən Seyidbəylidən mən ata məhəbbətini hiss edirdim".

Əli Rəhimoğlu

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/547259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR