Qvardiola və ailəsi partlayış zamanı "Mançester Arena"da olub

İngiltərənin Mançester şəhərində törədilən terror aktı zamanı "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola həyat yoldaşı və 2 qızı ilə birlikdə hadisənin baş verdiyi "Mançester Arena"da olub.

Metbuat.az bildirir ki, bu barədə İspaniyanın məşhur "El Mundo Deportivo" nəşri məlumat yayıb. Qvardiola və ailə üzvləri insident zamanı xəsarət almayıblar.

Qeyd edək ki, "Mançester Arena"da amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 59 nəfər isə yaralıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR