“Toyota Corolla” dünyada ən populyar avtomobildir

“Toyota Corolla” dünyada ən populyar avtomobildir
21:47 23 May 2017
Ölkə mətbuatı
A- A+

Bu ilin I rübünün yekunlarına görə, "Toyota Corolla" dünyada ən çox satılan minik avtomobili olub.

Milli.Az "Report"a istinadən bildirir ki,2017-ci ilin yanvar-mart aylarında Yaponiyanın avtomobil istehsalçısı sözügedən modeldən 297 471 ədəd satıb. Bu isə 2016-cı ilin eyni dövrünə nisbətən 0,9% azdır. Bir il bundan əvvəl dünyada 306 357 ədəd "Toyota Corolla" realizə edilib.
Hesabat dövründə populyarlığına görə 2-ci yerdə pikap ban tipli "Ford F-Series" qərarlaşıb. Bu avtomobilin satış həcmi 244 709 olub ki, bu da illik müqayisədə 9,8% çoxdur.
Ən çox satılan avtomobillər arasında 3-cü yeri isə "Volkswagen Golf" tutub. Üç ay ərzində ondan 220 140 ədəd satılıb ki, bu da illik müqayisədə 10,1% azdır.
"Honda CR-V", "Honda Civic" modelləri müvafiq olaraq 214 144 ədəd (14,4% çox) və 179 948 ədəd (30,6% çox) satılaraq 4-cü və 5-ci yerlərə sahib çıxıb.
"Toyota RAV4" 175 095 ədədlə 6-cı, "Ford Focus" 172 927 ədədlə 7-ci, "Volkswagen Polo" 170 984 ədədlə 8-ci, "Volkswagen Tiguan" 170 736 ədədlə 9-cu, "Toyota Hilux" isə 168 370 ədədlə 10-cu yeri tutub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/547668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR