Gənc mavilərə qırmanc cəzası

Gənc mavilərə qırmanc cəzası
22:17 23 May 2017
Ölkə mətbuatı
A- A+

İndoneziyanın Açe əyalətində cinsi əlaqədə olarkən yaxalanan iki mavi kənd meydanında insanların gözü qarşısında qırmanclanıblar.

Onların hər birinə 80 qırmanc vurulub. 20 və 23 yaşlarındakı oğlanlar bu ilin mart ayında yerli sakinlər tərəfindən yaxalanaraq polisə təhvil veriliblər. Prokuror gənclərin hər birinə 100 qırmanc cəzası istəsə də, hakim cəzanı nisbətən yüngülləşdirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, şəriətlə idarə olunan Açe əyalətində homoseksualizm geniş yayılıb. 2001-ci ildən bəri əyalət şəriət qanunları ilə idarə olunur.

Qeyd edək ki, bir neçə gün öncə İndoneziyada polis paytaxt Cakartada yerləşən saunaya basqın təşkil etmişdi.

141 nəfər "homoseksual seks yığıncağı" təşkil etməkdə və iştirakda günahkar bilinib.

Bildirilir ki, həbs edilənlər bu yığıncaqda iştirak etmək üçün 1 dollar ödəyib və onlar pornoqrafiya ilə əlaqədar qanunları pozmaqda günahkar bilinəcəklər.

Qeyd edək ki, kişilərin saunada striptizlə məşğul olması pornoqrafik hərəkət olaraq dəyərləndirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/547525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR