Bakıda toydan çıxan kişini döydülər

Bakıda toydan çıxan kişini döydülər
22:52 23 May 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Quliyev Rauf Qurban oğlu "Ay işığı" restoranından çıxarkən tanımadığı şəxslərlə əlbəyaxa olub. Nəticədə o, döyülərək ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
R.Quliyev polisə verdiyi ifadədə dörd nəfər tərəfindən döyüldüyünü bildirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR