Alman deputatlar Türkiyəyə getməkdən boyun qaçırdı

Alman deputatlar Türkiyəyə getməkdən boyun qaçırdı
23:23 23 May 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya Bundestaqının bir qrup deputatı Türkiyəyə planlaşdırılan səfərdən imtina edib.

Publika.az Almaniya mətbuatına istinadən xəbər verir ki, səfərin hansı səbəbdən təxirə salındığı açıqlanmır. Bundestaqın vitse-prezidenti Klaudia Rotun bunun səbəbini mayın 24-də açıqlayacağı gözlənilir.

Rot və daha üç deputat konstitusiya ilə bağlı keçirilən referendum və onun nəticələri, həmçinin Türkiyədəki daxili vəziyyət və ölkənin Avropa İttifaqı ilə münasibətlərini müzakirə etmək üçün Ankara, Diyarbəkir və İstanbula səfər etməli idilər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR