Birmingemdə aksiya zamanı əlində bıçaq və dəyənək olan şəxs saxlanılıb

Birmingemdə aksiya zamanı əlində bıçaq və dəyənək olan şəxs saxlanılıb
23:57 23 May 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ İngiltərənin Birmingem şəhərində Mançesterdə törədilən terror aktı qurbanlarının xatirəsinə həsr olunmuş aksiya zamanı əlində bıçaq və beysbol taxtası olan şəxs saxlanılıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Çərşənbə axşamı Britaniyanın bir çox şəhərlərində 22 nəfərin ölümünə səbəb olan terror aktı qurbanlarının xatirəsi anılır. "Mançester Arena" konsert kompleksində partlayışı kamikadze törədib, 59 nəfər yaralanıb. Ölənlər və yaralananlar arasında çoxlu sayda uşaq var. Ən azı 8 nəfər itkin düşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/birmingemde-aksiya-zamani-elinde-bicaq-ve-deyenek-olan-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR