Trampla çəkdirdiyi "selfi" israilli deputatın başına bəla oldu -

ABŞ prezidenti Donald Trampın İsrailə səfərinə çəkdiyi"selfi" ilə damğa vuran Likud millət vəkili Oren Hazan səssizliyini pozub.

Metbuat.az-ın məlumatına görə, protokol qaydalarını kobud şəkildə pozaraq Trampla "selfi" edən Oren Hazan ABŞ prezidenti ilə arasında keçən dialoq barədə "Ynews"a danışıb.

İnsanların onu "İsrailli Tramp" adlandırdıqlarını deyən millət vəkili əlavə edib:

"Həyəcanlı idim. Əvvəldən bəri pərəstişkarı olduğumu nəzərinə çatdırdım. Daha sonra ona dedim: "Bizim kimi insanlara daha çox ehtiyac var". "Selfi" çəkdirməyi təklif etdim, razılaşdı".

Bəzi israilli deputatlar protokol qaydalarını pozması səbəbindən Oren Hazanın mandatının ləğv olunmasını tələb edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR