Astroloji proqnoz - 24 may

Astroloji proqnoz - 24 may
00:08 24 May 2017
207 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qoç - az məbləğdə pul almaq ehtimalınız var. Alış-verişlə bağlı planlarınızı təxirə salmalı olacaqsınız. Səbrli və soyuqqanlı olun.

Buğa - vaxtilə məhsuldar əməkdaşlıq etdiyiniz insanlardan maraqlı iş təklifləri alacaqsınız. Qohumlarınız narahatlığınıza səbəb olacaqlar. Bəzi Dolçalar ailə münaqişələrini yoluna qoymaqla məşğul olacaqlar.

Əkizlər - enerjinizin azlığından şikayət etməyə haqqınız yoxdur. Üstəlik, enerjiniz o qədər çoxdur ki, onu düzgün istiqamətə yönəldə bilmirsiniz. Bəzən düşünülməmiş hərəkətlər edir, sizin üçün dəyərli olanları vurub dağıdırsınız. Rəyi sizin üçün qiymətli olan insanla aranızda fikir ayrılığı yarana bilər.

Xərçəng - zəhərlənmə, qida allergiyası ehtimalı yüksəkdir. Mətbəxdə eksperimentlər etmək, şübhəli ictimai iaşə obyektlərinə getmək məsləhət deyil. Bu gün səbrsizsiniz, bu, uşaqlar və yaşlı nəslin nümayəndələri ilə dil tapmağınıza mane olur.

Şir - bu günün hadisələrini düzgün qiymətləndirmək çətin olacaq. Onların hansı nəticəyə gətirib çıxaracağını təyin etmək elə də asan deyil. Vacib qərarlar verməlisiniz.

Qız - xoşbəxtlikdən, intuisiyanız güclüdür və ona güvənə bilərsiniz. Rəhbərliklə dil tapmaq asan deyil, çox sərt reaksiya verirsiniz. Yeri gəlmişkən, bir qədər sonra sizin haqlı olduğunuz meydana çıxacaq.

Tərəzi - şəxsi münasibətlər baxımından yaxşı gündür. Sakitliyə və mənəvi rahatlığa can atır və bunları əldə edirsiniz. Günün ikinci yarısı maraqlı tanışlıqlar gözlənilir.

Əqrəb - yeni məsələlər meydana çıxır. Bunlar asan olmasa da, çox maraqlıdır. İnsanlar iki cəbhəyə bölünürlər: bir qismi çətinliklərdən qorxmur, digər qismi isə məqsədə çatmaq üçün bu qədər zəhmətə qatlaşmağın əbəs olduğunu düşünür.

Oxatan - birinci qrup adamlar dərhal olmasa da, istəklərinə çatırlar, ikinci taktikanı seçənlər isə əlləri boş olduğundan ancaq saçlarını yolurlar.

Oğlaq - rəqabətə meyl artır: yarışmaq istəyi nəinki işdə, şəxsi həyatda da özünü göstərir. Bu isə bəzən münaqişələrə səbəb olur.

Dolça - bu gün ikinci plan rolu ilə kifayətlənməli olacaqsınız: bədxahlarınızın hücumundan qorunmaq üçün kölgədə qalmağınız gərəkdir. Risk edib özünüzü zərbə altında qoymayın. İşgüzar danışıqlarda həddən artıq ehtiyatlı olun. Düşünülməmiş qərarlar verməyin.

Balıqlar - səhhətiniz pisləşə bilər. Əsəb sisteminizə çox yük düşür, bu səbəbdən miqren və yuxusuzluqdan əziyyət çəkə bilərsiniz. Yaxınlarınız sizə dəstək olmağa çalışırlar, amma buna nail olmaq onlara elə də asan deyil. Təsadüfi incikliklərin verəcəyiniz qərarlara təsir etməsinə imkan verməyin.

milli.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qoroskop/199927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR