Cənubi Koreya-Şimali Koreya sərhədində silah səsləri eşidildi

Cənubi Koreya hökumət qurumları Şimali Koreyanın sərhədə yaxın bir bölgədən havaya naməlum cisim buraxdığını açıqlayıblar.

Metbuat.az "Yonhap" xəbər agentliyinə istinadən bildirir ki, Cənubi Koreya KXDR-ə atəşlə cavab verib. Sərhəddə bir neçə dəqiqə silah səsləri eşidilib.

Qeyd edək ki, Şimali Koreya Müdafiə nazirliyinin dünən yayımlanan bəyanatında yeni hazırlanan balistik raketi yaxın günlərdə sınaqdan keçirəcəkləri vurğulanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR