Venesuelada prezidentə qarşı etiraz aksiyalarında ölənlərin sayı 55-ə çatıb

Venesuelada prezident Nikolas Maduro əleyhinə etiraz dalğası davam edir.

Metbuat.az bildirir ki, "Universal" portalı nümayişlərdə ölənlərin statistikasını açıqlayıb. Məlumata görə, aprel ayından bəri keçirilən etiraz aksiyalarında 55 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, təkcə ötən həftənin bazar ertəsi 7 nəfər öldürülüb. Ölənlərin hamısına odlu silahdan atəş açılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR