Ermənistanın təhlükəsi yenidən Avropanın diqqət mərkəzində

Ermənistanın təhlükəsi yenidən Avropanın diqqət mərkəzində
00:49 24 May 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti 23 may tarixində Moldova parlamentində keçirilən Avronest Parlament Assambleyasında iştirak edib.

 

APA-nın Moldovadakı müxbirinin xəbərinə görə, Avronest Plenar sessiyasında iştirak edən Milli Məclisin deputatı Fərəc Quliyev Avronest PA-nın iştirakçılarının diqqətinə Ermənistanda yerləşən “Metsamor” atom elektrik stansiyasının bütün region üçün böyük təhlükə mənbəyi olduğunu bildirib.

 

O qeyd edib ki, hələ 2014-cü ildə Avropa komissiyası Ermənistanı bu stansiyanı bağlamağa çağırıb, lakin Ermənistan tərəfi buna heç bir reaksiya verməyib. Dünyada nüvə stansiyalarından imtina ilə bağlı fəal işlərin aparıldığı zaman, millət vəkili iştirakçıları bu stansiyanın regionda qlobal bir problem kimi qəbul etməyə çağırıb. Həmçinin, millət vəkili  iştirakçılara Metsamor AES-nin nüvə tullantılarının  Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində basdırılması faktları ilə bağlı Azərbaycan tərəfinin narahatçılığını çatdırıb.

 

İclasda iştirak edən Ermənistan Respublikasının nümayəndəsi bildirib ki, bu məsələ Azərbaycan tərəfindən Ermənistana təzyiq etmək üçün qaldırılır. Lakin Avronest PA-nın həmsədri Avropa Parlamentinin deputatı Rebekka Harms Azərbaycan nümayəndəsini dəstəkləyərək, məsələnin çox vacib və aktual olduğunu bildirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275272

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR